“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev bu gün, 21 iyul tarixində Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Rüfət Babayev iyulun 19-da 58 yaşında Moskvada dünyasını dəyişib.