Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində rəhbər vəzifəsinə təyinat olub. BakuPlus bu haqda bu gün, 24 mart tarixində Oxu.az-a istinadən xəbər verir.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sözügedən idarənin direktor vəzifəsini Elman Fətiyevə həvalə edib.
Qeyd edək ki, Fətiyev buna qədər Eksperiza Mərkəzinin direktoru olub.