Baş Səhiyyə İdarəsinin sabiq rəisi vəfat edib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyova dünyasını dəyişib.
L.Seyidbəyova Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. O, həmçinin uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsini icra edib. Seyidbəyova son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.
Mərhum məşhur hakim Ənvər Seyidovun bacısıdır.