Fərid Əbilov Mərkəzi Seçki Komissiyasının (MSK) Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri təyin edilib. Bu haqda bu gün, 17 yanvar tarixində Report məlumat verib.
Əbilov 2012-ci ildən MSK Katibliyinin təşkilat şöbəsində baş məsləhətçi, daha sonra isə katiblik müdirinin köməkçisi vəzifələrində çalışıb.