Müslüm Maqomayevin abidəsi ilə bağlı tənqidi fikirlər səsləndirənlərə müəllif cavab verib. Bu haqda BakuPlus.az Sputnik-ə istinadən bu gün, 19 avqust tarixində xəbər verir.
Heykəlin müəllifi Ömər Eldarov bildirib ki, o, hündürlüyü iki metr olan tunc abidənin üzərində 2 il çalışıb.
Heykəltaraş əlavə edib ki, əsərin hazırlanması zamanı əfsanəvi ustadın dul xanımı, SSRİ-nin Xalq artisti Tamara Sinyavskayanın bütün istəkləri nəzərə alınıb.
Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə qoyulan heykəlin açılışında prezident İlham Əliyev də iştirak etmişdir.