Xətai rayonunun Babək prospektində təmir işləri aparılır. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Söhbət “Maşın bazarı”nın yaxınlığından gedir. Aidiyyəti qurum tərəfindən təmir işləri aparılır. Bu səbəbdən də Məhəmməd Hadi küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sürücülərdən diqqətli olmaları xahiş olunur.