Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mağazanın məhsullarında virus aşkarlanıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən mağazada “Yalova Çarlston”, “BT İnce Sivri Kıl Acı 016”, “BT Çorlu” və “Sera Demre 8” əmtəə nişanlı bibər toxumlarında pomidorun bürünclük virusu (Tomato spotted wilt virus) və pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib.
Həmin məhsullar dövriyyədən çıxarılıb və onların məhv edilməsinə qərar verilib.