Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Vidadi Müseyibovun məhkəmə prosesi başlayır. Bu haqda bu gün, 23 fevral tarixində APA məlumat verib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun icraatına verilib.
Hadisə ötən ilin noyabr ayında baş verib. 44 yaşlı Vidadi Müseyibov həyat yoldaşı, 38 yaşlı Sevinc Müseyibovanı əvvəlcə döyüb, sonra isə bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.