“İmagine Dragons”un konserti üçün xüsusi biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Dünyaca məşhur qrupun konsertinə “Skybox” biletləri satışa çıxarılıb. “Skybox”ları yalnız bütöv şəkildə əldə etmək mümkündür. Food & Beverage (Yemək, alkoqollu və alkoqolsuz içkilər) qiymətə daxildir. “Skybox” əldə edən müştərilərlə tədbirdən öncə əlaqə saxlanılaraq, “Parking Pass”lar təqdim ediləcək.