Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
12:22 - Magistral yolda sürət həddində dəyişiklik edilib
Bakının magistral yolunda sürət həddi aşağı salınıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.