Azərbaycanlı FİFA referisi beynəlxalq oyuna təyinat alıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
36 yaşlı Əliyar Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək Xorvatiyanın "Dinamo Zaqreb" və Yunanıstanın PAOK komandalarının qarşılaşmasına hakimlik edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Matç 7 mart tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürüəcək.
Xorvatiya təmsilçisinin heyətində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.