Son zamanlar Bakıdakı mağazalarda “Snickers” konfetlərin qıtlığı müşahidə olunur. Bu haqda bu gün, 25 noyabr tarixində İqtisadiyyat.az-a istinadən Bakuplus.az məlumat verir.
Mağazalara həmin məhsulların təminatını həyata keçirən “Veysəloğlu” şirkətinin satış şöbəsinin müdiri Kamal Məmmədov açıqlama verib: “Azərbaycan həmin məhsulları Rusiyadan tədarük edirdi. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra şirkət Rusiyada olan zavodlarını bağladı. Qıtlıq dekabrın sonuna kimi həll olunacaq. 2023-cü ildə isə belə problem yaşanmayacaq”.
O, həmçinin qeyd edib ki, hazırda mağazalara müəyyən qədər məhsullar artıq daxil olub.