Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlanıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramı müəyyən edilib. Son 2 gün şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart tarixləri də qeyri-iş günləri sayılacaq.
Beləliklə 7 gün – 20-26 mart tarixləri bayram günləri hesab olunacaq.