Qarabağa növbəti ay üçün avtobus reyslərinə biletlər satışa çıxarılır. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bakıda işğaldan azad olunmuş torpaqlara olan avtobus reyslərinə mart ayı üçün biletlərin satışına start verilir. Belə ki, biletlər 23 fevral saat 11:00-dan etibarən satışa çıxarılacaq. Sərnişinlər biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
2022-ci ilin 24 yanvar tarixindən bu günədək Şuşa və Ağdam şəhərlərinə 691 reys həyata keçirilib, ümumilikdə 28.227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.