Bu gün günorta saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) böyük tıxac yaranıb.
Sözügedən ərazidən Bakuplus.az-a kadrlar göndərən sürücülər bildiriblər ki, dairəyə daxil olmaq üçün uzun müddətdir gözləyirlər.
Ərazidə avtomobillərin hərəkətində ciddi sıxlıq müşahidə olunur.