Cari ilin mayından Varşava-Bakı aviareysləri təşkil ediləcək. Bu haqda 31 mart tarixində Report məlumat verib.
Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, may ayından Varşava-Bakı aviareysləri təşkil ediləcək.