top
Mehriban Xanlarova Mehriban Ələkbərzadəyə görə işdən çıxır?
25 noyabr 2025, 13:05
- ↺ +

Mehriban Xanlarova Mehriban Ələkbərzadəyə görə işdən çıxır?

Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə uzun müddətdir aralarında davam edən qalmaqalla bağlı açıqlama yayıb.

Bakuplus.az xəbər verir ki, ​aktrisa sosial şəbəkə hesabında etdiyi paylaşımda bəzi məqamlara da aydınlıq gətirib.

M.Xanlarova həm özünün, həm də digər teatr əməkdaşlarının uzun müddət mediada susmasının səbəbini Mədəniyyət Nazirliyinin onlara verdiyi vədlə əlaqələndirib:

"Bizə deyilmişdi ki, Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yenilənməyəcək. Buna görə mövzuya qayıtmamağımız xahiş olunmuşdu. Biz də gözlədik. Lakin məlum oldu ki, daha 6 ay vəzifəsində saxlanılıb".

Aktrisa həmçinin Mehriban Ələkbərzadənin teatrın baş rejissoru olduğu halda başqa qurum üçün pul müqabilində "sənədli film" hazırlamasını tənqid edib:

"Baş rejissor "AzDrama" üçün deyil, AzTV üçün pul müqabilində xronologiya hazırlayır. Teatr üçün ayrılan vaxt və status niyə başqa yerə sərf edilir? Bu, rüsvayçılıqdır".

Əməkdar artist bildirib ki, söz azadlığına məhdudiyyətlərlə üzləşdiyi üçün işdən çıxarılma ehtimalını gözə alaraq ərizə yazıb:

"Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim. İnanıram ki, birotaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan məni - Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək". 

Məlumat üçün bildirək ki, Akademik Milli Dram Teatrından sənətçinin ərizəsinin qəbul edilib-edilməməsi ilə bağlı hələ ki məlumat yoxdur. 

Qeyd edək ki, Mehriban Xanlarovanın narazılığı teatra kənar aktrisanın dəvət olunması ilə bağlı verdiyi açıqlamadan sonra gündəmə gəlmişdi. Əməkdar artist həmin müsahibəsində bunu haqsızlıq adlandıraraq kollektivdə kifayət qədər peşəkar aktrisalar olduğunu bildirmişdi.

Son xəbərlər

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Oxşar xəbərlər