top
Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq
31 iyul 2026, 22:15
- +

Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq

Özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək müxtəlif vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə hökm elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə Vüsal Bağırov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (təkrar, külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilinib. Məhkəmə ona əvvəlcə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Daha sonra Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunaraq Şəki Apellyasiya Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 1 il 10 aylıq cəza qismən toplanılıb və nəticədə Vüsal Bağırova qəti olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Cinayət işi materiallarına əsasən, Vüsal Bağırov 2018–2023-cü illər ərzində Bakı, Abşeron, Sumqayıt və digər ərazilərdə yaşayan çoxsaylı şəxslərlə tanışlıq və etibar münasibətlərindən istifadə edərək onların mənzillərini təmir etdirəcəyini, bəzi hallarda isə fərdi yaşayış evləri tikəcəyini vəd edib. O, tikinti materiallarının alınacağını, ustalara ödəniş ediləcəyini və işlərin qısa müddətdə başa çatdırılacağını bildirərək zərərçəkmişlərdən hissə-hissə külli miqdarda pul alıb.

İstintaqın müəyyən etdiyi epizodlara görə, Bağırov aldığı vəsaitin böyük hissəsini şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bir sıra ünvanlarda təmir işlərinə ümumiyyətlə başlamayıb, bəzi hallarda isə cüzi həcmdə iş gördükdən sonra müxtəlif bəhanələrlə zərərçəkmişlərdən əlavə vəsait tələb edib. Pul vəsaitləri ona həm nağd şəkildə verilib, həm də bank kartlarına köçürmə, "MilliÖn", "eManat" və "mPay" vasitəsilə göndərilib.

İş üzrə 20-dən çox dələduzluq epizodu müəyyən edilib. Məhkəmə materiallarına əsasən, zərərçəkmişlərdən biri 115 min 800 manat, digəri 79 min 820 manat, daha biri isə 75 min manat məbləğində ziyana məruz qalıb. Bundan başqa, 32 min 740, 29 min, 22 min 500, 22 min 400, 21 min, 20 min, 16 min, 14 min, 12 min, 11 min 500, 11 min, 10 min 800, 9 min 500, 8 min 750, 8 min 580, 6 min 855, 6 min 670, 5 min 900 və 3 min manat məbləğində zərər vurulduğu müəyyən olunub.

İstintaq materiallarından məlum olub ki, ən iri dələduzluq epizodlarından biri Şüvəlan qəsəbəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı olub. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda ümumilikdə 115 min 800 manat ödəsə də, ev tikilib başa çatdırılmayıb.

Digər iri epizodlardan biri Sabunçu rayonu ərazisində yerləşən üç mənzilin təmiri ilə bağlı olub. Bu iş üzrə zərərçəkmiş şəxs müxtəlif vaxtlarda nağd şəkildə, bank kartları və ödəniş terminalları vasitəsilə ümumilikdə 79 min 820 manat ödəyib. Lakin vəd olunan təmir işləri yerinə yetirilməyib.

Bundan başqa, "Caspian Park" yaşayış kompleksində yerləşən mənzilin təmiri adı ilə 75 min manat, Binəqədi rayonundakı mənzilin əsaslı təmiri adı ilə 32 min 740 manat, beşotaqlı mənzilin təmiri adı ilə 29 min manat, Buzovna və digər ərazilərdə isə fərdi yaşayış evlərinin tikintisi və təmiri adı ilə on minlərlə manat vəsaitin ələ keçirildiyi müəyyən edilib.

Məhkəmə baxışı zamanı Vüsal Bağırov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Buna baxmayaraq, məhkəmə zərərçəkmişlərin ifadələrini, bank köçürmələrini, ödəniş qəbzlərini, digər sənədləri və iş üzrə toplanmış sübutları araşdıraraq onun təqsirinin tam sübuta yetirildiyi qənaətinə gəlib.

Hökmə əsasən, Vüsal Bağırovun həbsdə saxlanıldığı 1 ay 27 gün təyin olunmuş cəza müddətindən çıxılıb. Beləliklə, onun çəkilməli olduğu cəza müddəti 6 il 10 ay 3 gün azadlıqdan məhrumetmə cəzası olaraq müəyyən edilib.

Mənbə: qaynarinfo.az

Son xəbərlər

Xəbər
Bu gün, 11:52

İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı

Xəbər
Bu gün, 11:29

Səhiyyə Nazirliyi Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Xəbər
Bu gün, 10:46

90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satdı

Xəbər
Bu gün, 10:45

Bakıda kişi qayınanasını bıçaqladı - "Yaxşı eləmişəm" sözünə görə...

Xəbər
Bu gün, 10:21

Bakıda şənbə günləri axşam konsertləri keçirilir - FOTO

Xəbər
Bu gün, 10:15

Azərbaycanda yaşlılar daha çox, gənclər daha az boşanır – RƏQƏMLƏR

Xəbər
Bu gün, 09:56

DYP velosipedçilərə müraciət edib

Xəbər
Bu gün, 09:27

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 21:00

10-16 avqust tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 avqust 2026, 20:50

Azərbaycan Prezidenti ABŞ Prezidentinə məktub ünvanlayıb

Xəbər
08 avqust 2026, 20:00

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

Xəbər
08 avqust 2026, 18:00

FHN sabah çimərliyə gedəcək şəxslərə müraciət etdi

Xəbər
08 avqust 2026, 17:37

PUA ilə ölkəyə keçirilən narkotikləri satanlar tutuldu

Xəbər
08 avqust 2026, 16:30

İşlədiyi evdən 10 min manat oğurladı, tutuldu

Xəbər
08 avqust 2026, 15:30

Taksidən pul və bank kartları oğurlandı

Xəbər
08 avqust 2026, 14:31

Əmircan Şəhidlər Xiyabanında vandalizm aktı - İDDİA + VİDEO

Xəbər
08 avqust 2026, 14:20

Bloqerin əri xanımının ad günündə ölübmüş

Xəbər
08 avqust 2026, 13:20

Sabah Bakıda 39 dərəcə isti olacaq

Xəbər
08 avqust 2026, 12:21

Bakıda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Xəbər
08 avqust 2026, 11:24

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda və daş kömür göndərildi

Xəbər
08 avqust 2026, 11:12

Türkiyə Super Liqasına gəldiyim üçün sevincliyəm – Nəriman Axundzadə

Xəbər
08 avqust 2026, 10:42

"Zirə"dəki mühit yaxşı deyildi - Leroy Mikels

Xəbər
08 avqust 2026, 09:45

Azərbaycan kino əfsanəsinin doğum günüdür

Xəbər
08 avqust 2026, 09:33

Milli Qəhrəman Hökümə Əliyevanın doğum günüdür

Xəbər
07 avqust 2026, 18:00

Prokurorluq Almaniya vətəndaşının Bakıda ölməsi ilə bağlı araşdırma aparır

Xəbər
07 avqust 2026, 17:30

Küçə alverçilərinin piştaxtaları yığışdırıldı – Bakuplus.az yazdı, problem həll edildi + YENİLƏNİB

Xəbər
07 avqust 2026, 16:40

Bakıda 70 min manatlıq oğurluq

Xəbər
07 avqust 2026, 16:24

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

Oxşar xəbərlər