top
Məşhur şirkətləri gizli reklam edən meyxanaçılar
03 fevral 2026, 09:51
- ↺ +

Məşhur şirkətləri gizli reklam edən meyxanaçılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elə mövzular var ki, ildə bir-iki dəfə mütləq müzakirəyə çıxarılır, telekanallar, saytlar xüsusi həssaslıqla müəyyən məqamları aydınlaşdırmağa çalışırlar. Meyxananın ciddi sənət olub-olmaması ətrafında da xeyli müzakirə aparılıb, telekanallar dəfələrlə meyxanaçıları və onların əleyhdarlarını debata çağırıblar. İnsafən, hər ki tərəf arqument və faktlarla öz ziyalı mövqeyini ortaya qoymağa çalışıb, tamaşaçıları öz həqiqətlərinə inandırmağa ciddi cəhd göstəriblər. Əksər məsələlərdə meyxanaçılarla şair, yazıçıların mövqeyi üstə-üstə düşmür, təbii ki… Hətta meyxanaçıların özlərinə yaxud həmkarlarına şair deməsi bəzilərini qıcıqlandırır. Amma bir məqamda həm meyxanaçılar, həm də yazıçı, şairlər demək olar ki, həmrəydirlər. Əksəriyyətin fikri bir məqamda kəsişir: meyxananın ruhunda, havasında, mahiyyətində tənqid var.

Əslində tənqid ümumilikdə mədəniyyətin, incəsənətin, ədəbiyyatın kuzəsində var. Amma tutaq ki yazılı ədəbiyyatda bu tənqid obrazlı şəkildə, daha çox estetik formada təqdim olunur. Meyxanada isə həqiqətlər birbaşa, sərt, çılpaq şəkildə deyilirdi. Bir çox hallarda isə həqiqətin sərt və çılpaq şəkildə deyilməsi sıravi insanların daha çox xoşuna gəlirdi. Bədahətən söz deyənlərin xalq arasında bu qədər populyar olmasının bir səbəbi də budur. Meyxanaçılar sıravi insanları narahat edən ən müxtəlif mövzulara toxunurdular. Bəzən açıq, bəzən kinayəli şəkildə camaatın dərd-sərini qafiyəyə oturdurdular. Əliağa Vahid meyxanaçı deyildi, amma bütün meyxana ustaları onu özünə ustad bilir. Çox çətin dövrdə, SSRİ-nin qılıncının dalının da, qabağının kəsdiyi bir zamanda tənqidi yaradıcılığı, baş verənlərə ironik münasibəti həm də meyxanaçılar üçün bir nümunədir. İndi vəziyyət bir qədər dəyişib. Meyxanaçıları tənqid edənlər həm də bu məqama xüsusi diqqət yetirirlər ki, meyxana öz tənqidi mahiyyətindən uzaqlaşıb, daha tərif sənətinə çevrilib. Bu fikirdə müəyyən həqiqət var və biz də burdan yola çıxaraq bir məqamla bağlı fikirlərimizi bölüşmək istəyirik.

Deməli, görürsən, böyük bir məclisdir, ən azı on meyxanaçı var, söz deyirlər və birdən hansısa misrada məşhur bir şirkətin adı çəkilir. İlk baxışda bu, marketinqdə istifadə olunan gizli reklam (product placement) təsiri bağışlayır. Bu cür reklamdan film və seriallarda çox istifadə olunur: misalçün, qəhrəman hansısa brenddən tez-tez istifadə edir. Sosial mediada hansısa tanınmış şəxsin "sadəcə tövsiyə edirəm" deyib, əslində pul aldığı məhsulu reklam etməsi də bu qəbildəndir. Məqalə və ya bloq yazısı kimi görünən, amma arxasında şirkət marağı olan mətnlər də qarşımıza az çıxmır. Meyxanaçılar Pərviz Bülbülə, Balaəli, Pünhan Alatava, Valeh, Ruslan, Cahangeştin iştirak etdiyi məclislərindən birində də biz belə gizli reklamı görə bilirik. Mehman Əhmədli isə reklamlara aşkar çəkilir. Buna bir sözümüz yox. Onlar hansısa şirkətdən pul alıb, gizli reklamdan istifadə edirlərsə, bəlkə də onların bu davranışına tənqidi yanaşma doğru olmazdı. O baxımdan ki tutaq, hansısa bloqer kimi meyxanaçının da reklam etmək, pul qazanmaq haqqı var. Vergi də ödəyəcəklərsə, lap yaxşı, verən (şirkət) razı, deyən (meyxanaçı) razı.

Amma bir anlıq təsəvvür edək ki, bu pul vermək məsələsi kütləviləşdi, meyxanaçılar indikindən betər başladılar ancaq tərif deməyə… Meyxana sənəti də qaldı böyrü üstə. Əvvəldə demişdik axı, meyxananın mayasında, ruhunda tənqid var. Bol tərif onu öz mayasından, ruhundan, mahiyyətindən tamam uzaqlaşdırır. Bəs meyxananı potensial təhlükədən necə qorumalı? Bu elə sahədir ki, inzibati yollarla müdaxilə imkanları haqqında danışmaq çətindir. Hansısa sənət nümunəsində zərərli vərdişlər təbliğ olunsa, insan orqanizmi üçün zərərli məhsullar reklam edilsə, təbii ki, rəsmi qurumlar hərəkətə keçəcək, müvafiq qurumlar lazım olan addımları atacaq. Necə ki, bunu hər zaman edirlər. Ancaq biz dediyimiz situasiya bir az fərqlidir. Ona görə də potensial təhlükə ilə bağlı meyxana ustadları, meyxana sevənlər çoxsaylı müzakirələr zamanı mümkün müsbət nəticələr əldə edə bilərlər. Axı onlar üçün meyxana bu millətin milli-mənəvi sərvətidir.

Ağa Cəfərli

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər