top
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Evə girən oğru ər-arvadı öldürdü - TƏFƏRRÜAT + YENİLƏNİB
25 may 2026, 16:47
- ↺ +

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Evə girən oğru ər-arvadı öldürdü - TƏFƏRRÜAT + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.az xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 37-də baş verib.

Həmin binada yaşayan 80 yaşlı Sabir Əliyev və onun həyat yoldaşı Zöhrə Əliyeva xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Murad Niftəliyev mərhumların qonşuluğunda yaşayırmış və narkotik asılılığından əziyyət çəkirmiş.

Məlumata görə, Niftəliyev bir müddət əvvəl narkotik asılılığına görə müalicə aldığı müəssisədən yeni çıxıbmış. Müalicədən qayıtdıqdan sonra, o, yenidən narkotik aludəçiliyini davam etdirib.

Bir gün əvvəl, o, Sabir Əliyevdən narkotik almaq üçün pul istəsə də, ahıl kişi ona rədd cavabı verib. Niftəliyev bundan sonra başqa qonşuya müraciət edib və ondan 5 manat alıb.

Bu gün səhər saatlarında Sabir Əliyev, həyat yoldaşı Zöhrə Əliyeva və onun bacısı rayonlardan birinə istirahətə gedirlərmiş. Səhər saatlarında Sabir Əliyev avtomobili işə salmaq üçün həyətə düşərək giriş qapısını açıb. Qapını açarkən, o, Murad Niftəliyevlə rastlaşıb və Murad ondan yenidən pul tələb edib. Sabir Əliyev isə ona yenidən rədd cavabı verib.

Elə bu vaxt Niftəliyev üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Əliyevin boğaz nahiyəsinə zərbə endirib. Zərbənin təsirindən Əliyev yerə yıxılıb və səsə onun həyat yoldaşı Zöhrə Əliyeva evdən çıxaraq qışqırıb, qonşuları köməyə çağırıb. Elə bu vaxt Niftəliyev qadına bıçaqla döş qəfəsi və kürək nahiyəsindən zərbələr endirib.

Hər iki şəxsi öldürən Niftəliyev evi qarət etmək istəsə də, qonşuların səsə çıxdıqlarını görüb, hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

***

15:40

Bakıda qətl baş verib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən mənzillərdən birinə qarət məqsədilə daxil olan naməlum şəxs ev sahibləri - 80 yaşlı Sabir Əliyev və həyat yoldaşı, 66 yaşlı Zöhrə Əliyevanı bıçaqlayıb.

Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Son xəbərlər

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
24 oktyabr 2026, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
24 oktyabr 2026, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
24 oktyabr 2026, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
24 oktyabr 2026, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Oxşar xəbərlər