Bakı metrosunun daha bir stansiyasında eskalatorun təmirinə başlanılıb. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Cəfər Cabbarlı” stansiyasında “ET-5M” tipli eskalatorlardan birinin əsaslı təmirinə başlanılıb.
Təmirin 1-ci mərhələsində tam dövrə üzrə 70 m-dən artıq olan lent zolağının, sürahi elementlərinin və pillələrin demontajına başlanılıb. Daha sonra eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərriki çıxarılacaq.
Təmir işlərinin gələn ilin fevral ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu tipli eskalatorlar 150.000 km-dən çox qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılmalıdır.