Bakı Metropolitenində işıqlar sönüb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Metropolitenin “Avtovağzal” stansiyasında işıqlandırmada problem yaranıb. Bu səbəbdən bənövşəyi xətdə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub.
Hazırda problem aradan qaldırılıb və qatarların hərəkəti təmin olunub.