Metronun “Xocəsən” stansiyasına olan gündəlik sərnişin axınının sayı açıqlanıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, “Xocəsən” – “Avtovağzal” istiqamətində gündəlik ortalama 1500-2000 sərnişin daşınır. Ən çox sərnişin sayı - 2500 nəfər 27 dekabr tarixində qeydə alınıb.
Qurumun sözçüsü əlavə edib ki, ilk vaxtlarda stansiyada qatar intervalı 19 dəqiqə ola bilər. Hazırda interval 16 dəqiqə təşkil edir. Bənövşəyi xəttin digər stansiyalarında isə bu vaxt 8 dəqiqədir.