“Meyvəli” bazarındakı “şortik” qadağası ilə bağlı lövhələr yığışdırılıb. Bu haqda BakuPlus.az bu gün, 3 avqust tarixində xəbər verir.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə bazar ərazisində şort və çimərlik geyimi ilə gəzməyin qadağan olunduğu (bəylər üçün) lövhələrin fotoları yayılıb.
Sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan fotonun yayılmasından sonra, görünür, rəhbərlik onların yığışdırılmasına qərar verib.