Həbs edilən MMA döyüşçüsü Yaponiyadakı yarışa getməyəcək. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmovun Yaponiyada gözlənilən döyüşü təxirə salınacaq. 24 fevral tarixinə təyin olunan qarşılaşmada V.Kərəmovun yaponiyalı Kasumasa Madjuma ilə döyüşü baş tutmayacaq.
Buna səbəb 1 fevral tarixində Kərəmovun xuliqanlıq ittihamı ilə 1 ay 26 günlük həbs edilməsidir.
Daha öncə Azərbaycan MMA və Qrapplinq Federasiyasının idmançıları adam döydüklərinə görə tutulmuşdular.