Nəriman Abbasov Tofiq Musayevin məğlub etdiyi döyüşçü ilə qarşılaşacaq. Bu haqda 14 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nəriman Abbasov yüngül çəkidə qazandığı kəməri müdafiə etmək üçün rusiyalı idmançı, “Piranya” ləqəbli Marif Pirayevlə qarşılaşacaq. Görüş iyunun 10-da Moskvanın İrina Viner-Usmanova adına Sarayında baş tutacaq. Döyüşdən öncəki mətbuat konfransı isə mayın 17-də keçiriləcək.
29 yaşlı Marif Pirayev indiyədək 35 döyüş keçirib, onlardan 30-da qələbə qazanıb, 4 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib. 28 yaşlı Nəriman Abbasovun hesabında 30 döyüş var, onlardan 27-də qələbə qazanıb və cəmi 3 dəfə uduzub. O, son 12 döyüşdə məğlubedilməzdir.
Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakıda anadan olub. Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "Gabala Sport Club", "TT Fight Club", "Azerbaijan Fight Club"-ı təmsil edir.