Model Raziyyat Əliyevanı döyən şəxsin məhkəməsi davam edir. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Keçirilən növbəti iclasda Raziyyat Əliyevanın anası Xədijət Əliyeva ifadə verib. X.Əliyeva qızının Ziya Hüseynzadə tərəfindən döyülməsi barədə danışıb:
“Qızım Ziya ilə bağlı yaxşı danışırdı. Qızım 2 gün mənimlə qaldı. Zənglərin ard-arası kəsilmirdi. 2 gün sonra qızım dedi: “Ziya ilə barışdıq, evə qayıdıram”. Sonra yenə bir müddət qızımla görüşə bilmədim. Görüşmək barədə qızıma yazanda hər dəfə bir bəhanə gətirirdi. Səbəbini sonradan bildim ki, onun bədənində sağ yer qalmayıb. Son dəfə qızım gəlib bir müddət bizdə qaldı. Ziya hər gün bizim evə gül göndərirdi, Razi isə qəbul etmirdi. Mən də dedim: “Mesaj yaz ki, ayrılmaq istəyirsən”. Bu mesajdan sonra Ziya gəldi bizim evə, qapını qırmağa çalışırdı. Mən 102-yə zəng etdim, polislər gəldilər. Qızım onda polislərə döyülmə şəkillərini göstərdi", – deyə o bildirib.
Məhkəmə prosesi 27 mart tarixində davam edəcək.