Moskva-Bakı marşrutu üzrə hərəkət edən təyyarə təcili olaraq, ehtiyat hava limanında enib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sərnişinlərdən birinin səhhəti pisləşdiyi üçün təyyarənin kapitanı Nijni Novqoroddakı alternativ hava limanında enməyə məcbur olub.
Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib və reanimasiyaya göndərilib. Planlaşdırılan uçuş yanacaq doldurulduqdan sonra davam edib.