“MTV” televiziya kanalının yayımı dayandırılacaq. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Audiovizual Şuraya istinadən xəbər verir.
27 fevral saat 09:00-dan 17:00-dək 8 saat müddətinə kanalın yayınının dayandırılması barədə qərar qəbul edilib.
Buna səbəb 20 fevral tarixində kanalın efirində “Tarixin bir günü” proqramında son günlər müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin yayılmasıdır.
Həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Qanunun müvafiq maddələri pozulub.
Sözügedən proqramı teleaparıcı Tarix Əliyev aparırdı.