top
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini: “İzi itirmək istədim”
15 yanvar 2025, 07:00
- ↺ +

Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini: “İzi itirmək istədim”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müsavat Partiyasının fəalı, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakuplus.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün təqsirləndirilən Elsevər İslamovun anket məlumatları yenidən dəqiqləşdirilib və o, ifadə verib.

Təqsirləndirilən Elsevər İslamov ifadəsində göstərib ki, hadisəni törədən zaman içkili vəziyyətdə olub: 

“Hadisə günü iş yoldaşımı “Koroğlu” metrosunun qarşısından götürdüm. Maşınımı məktəbin qarşısında saxlayıb, “Balakən” kafesinə yollandıq. Kafedə 2-3 saat əyləşib, yeyib-içdikdən sonra taksi ilə “Koroğlu” metrosunun qarşısına getdik. İş yoldaşım evə, mən də maşınımı götürmək üçün məktəbə getdim. Məktəbə necə və nə ilə getdiyimi xatırlamıram. Məktəbə çatdım, qapılar açıq, işıqlar sönülü idi. Sanitar qovşağa getdim. Qayıtdıqdan sonra dəhlizdəki stulda Natiqin yatdığını gördüm. Onunla münasibətim hər zaman yaxşı olub. Zarafat məqsədi ilə şəklini çəkdim. Yuxudan ayılmadı. Əlimlə taxtaya vurdum. Səsə ayıldıqda telefonu üzünə tutduğumu gördü və şəkil niyə çəkdiyimi aqressiv formada soruşdu. Mən ondan niyə qapıları açıq saxladığını, yatdığını və danışarkən niyə ayağa qalxmadığını soruşdum. O isə cavabında mənə “içib gəlmisən üstümə, nə edəcəksən mənə?” deyərək söyüş söydü. Mən söyüşə görə onu vurdum. Natiq zərbədən yıxıldı və mən onun qarın və baş nahiyəsinə təpiklə təkrar zərbə vurdum. Sonra onu qaldıraraq stulda otuzdurdum və söyüş söyməyinin səbəbini soruşduqda Natiq yenidən söydü. Bu zaman başına bir yumruq vurdum. O, huşunu itirdi. Onun xırıldadığını və az sonra tərpənmədiyini gördüm. Ayağına vurdum, reaksiya vermədi. Nəbzini yoxladım, amma nəbzi vurmurdu”.

Elsevər İslamov deyir ki, şagirdlərin məktəbə gələcəyini düşünərək izi itirmək qərarına gəlib:

"Meyit maşınıma yerləşsin deyə bıçaqla hissələrə ayırdım. Qara paketə yığıb məktəbin pilləkənlərinin altında gizlətdim. İki gün sonra məktəbdə DİM imtahan keçirəcəkdi deyə qapılara plomb vurulacaq və məktəbə heç kim buraxılmayacaqdı. Onun üçün elə həmin gün günorta heç kim olmayanda paketi götürüb apardım”.

Daha sonra məhkəmə zalında zərərçəkən şəxsin hüquqi varisi, bacısı Yeganə Mehdiyeva ifadə verib:

“Qardaşım söyüş söyən biri deyildi. Mən onunla hər gün danışırdım. Vaxtı olmayanda belə mənə geri dönüş edəcəyini bildirirdi. Hadisə günü ona yazdım. Mənə iki gün cavab vermədi. Mən narahat oldum və qardaşım oğlu ilə əlaqə saxladım. Qardaşım oğlu mənə seçkilər ərəfəsi olduğunu və böyük ehtimal buna görə başının qarışıq olduğunu dedi. Ona qərargahdan maraqlanmağı tapşırdım. Qərargahın da ondan xəbərsiz olduğunu eşidib, polisə müraciət etdik. Onun qətlə yetirildiyini də bizə polis dedi”.

Məhkəmə prosesinin davamı fevralın 10-a qədər təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Onun qətlinin üstünün açılmasından bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib. Elsevər İslamov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Oxşar xəbərlər