top
NİİM motosikletçilərə müraciət edib
06 iyul 2023, 08:15
- ↺ +

NİİM motosikletçilərə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped idarə edən sürücülərə müraciət edərək xəbərdarlıq edib. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az məlumat verir.

“Motosiklet və moped idarə edən şəxslərin bir çoxu yollarda necə gəldi hərəkət edirlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatlarını təhlükəyə atırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında onlar tərəfindən törədilən qayda pozuntularını təhlil edib.

Məlum olub ki, motosiklet və moped idarə edən bəzi şəxslər, əsasən, işıqforun qırmızı işığından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar. ”Yol mənimdir, istədiyim kimi hərəkət edərəm” fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər “Yol Hərəkəti Haqqında Qanun”un tələblərini kobud şəkildə pozurlar.

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır.

Belə ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar”, - müraciətdə deyilir.

Son xəbərlər

Xəbər
Dünən, 17:48

Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ

Xəbər
Dünən, 16:30

"Həyasız sənin anandır" sözünə görə qadını maşından düşürüb döydü

Xəbər
Dünən, 15:11

Bakıda yüzlərlə şamın işığında vals və tanqo gecəsi keçiriləcək - VİDEO

Xəbər
Dünən, 14:08

Sabah yenə yağış yağacaq

Xəbər
Dünən, 13:27

Yapon turistlər "Vivant"ın izi ilə Bakıya gəlirlər

Xəbər
Dünən, 12:40

Bulvardakı qayalıqda köməksiz qaldı, belə xilas edildi

Xəbər
Dünən, 11:09

Üç ay əvvəl atasını itirən 17 yaşlı qız vəfat etdi

Xəbər
Dünən, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
09 noyabr 2026, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
09 noyabr 2026, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
09 noyabr 2026, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
09 noyabr 2026, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
09 noyabr 2026, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
09 noyabr 2026, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
09 noyabr 2026, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
09 noyabr 2026, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
09 noyabr 2026, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
09 noyabr 2026, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
09 noyabr 2026, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
09 noyabr 2026, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Oxşar xəbərlər