Nəriman Əliyevin ağac kəsdirməsi ilə bağlı materiallar prokurorluğa göndərilib. Bu haqda 6 yanvar tarixində Qafqazinfo.az xəbər verib.
Sabiq deputat, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyev Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında 21 şam ağacını kəsib. Faktla bağlı akt tərtib olunub və toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Bundan əlavə məlum olub ki o, "Ştutqart" MMC-nin rəhbəri olduğu zaman işdən çıxan əməkdaşların maaşlarını verməyib.