Paytaxtın Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində qeyri-qanuni tikili aşkarlanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Belə ki, ərazidə inşaatın müvafiq sənədlər olmadan təşkil olunması müəyyən edilib.
Tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb. Araşdırmalar davam edir.
[URIS id=30991]