Paytaxtın Nərimanov rayonunda sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Vətəndaşlar RİH başçısı tərəfindən dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verilib.
Bu kimi tədbirlərin gələckdə də keçirilməsi nəzərdə tutulub.