Paytaxtın Nərimanov rayonu, Bakıxanov küçəsi, 66 ünvanında yerləşən yaşayış binasının lifti sakinlər üçün bağlanıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı olması barədə FHN-ə müraciət daxil olub. Hadisə yerinə gələn əməkdaşlar texniki baxış keçiriblər və liftin istismara yararsız olduğunu müəyyən ediblər.
Bununla bağlı liftin fəailyyəti dayandırılıb, məsul şəxslərə xəbərdarlıq edilib. Pozuntuların aradan qaldırılması üçün onlara müraciət olunub.