Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən “Saatlı bina”da olan saatın mexanizmində ləngimə yaranıb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Bir neçə gündür ki, fərqin artıq 5 dəqiqəyə çatdığı görünür.
“Bakı Abadlıq Xidməti” MMC-dən bildirilib ki, yaranmış gecikmə gün ərzində aradan qaldırılacaq.