Bakının daha bir küçəsi təmirə bağlanır. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə ("20 Yanvar" dairəsindən "Koroğlu" metrosu istiqamətində olan 1-ci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar həmin ərazidə hərəkət məhdudlaşdırılacaq. Məhdudiyyət 21 aprel gecə saatlarından 23 aprel saat 13:00-a qədər davam edəcək.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Daha öncə Nərimanov və Səbail rayonlarında da yolların bağlanacağı barədə məlumat verilmişdir.