Nəsimi rayonunda yerləşən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında rentgen kabineti bağlanıb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN əməkdaşlarının keçirdikləri yoxlama tədbirləri nəticəsində rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı məlum olub.
Aşkar edilmiş pozuntularla əlaqədar rentgen kabinetinin fəaliyyəti dayandırılıb.