Nəsimi rayonunda yerləşən parklarda təmir işləri aparılır. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində İzmit parkında idman qurğuları təmir edilib, Cavadxan küçəsi, 38 ünvanında konteyner meydançaları genişləndirilib. Bundan əlavə, rayonun ayrı-ayrı küçə və prospektlərində yararsız vəziyyətdə olan səkilərdə tamet daşları bərpa olunub, ehtiyac olan yerlərdə zibil qutuları quraşdırılıb.
Parklarda və ayrı-ayrı ünvanlarda cari təmir işləri davam edir.