Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən şəxsə bəraət verilib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Niyaz Şərifova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə N.Şərifovun vəkili Nəriman Əliyevin təqdim etdiyi vəsatətləri təmin edib və sübutlar yenidən dəyərləndirilib. Nəticədə N.Şərifovun cinayət törətməsinə dair hər hansı faktın olmadığı müəyyənləşib.
43 yaşlı N.Şərifov ötən ilin iyun ayından həbsdə saxlanılırdı. Qanunvericiliyə əsasən, onun həbsdə saxlanıldığı müddət üçün təzminat davası açmaq hüququ var.