“Netflix”in daha bir serialında Bakı ilə bağlı məqamlar yer alıb. Bu haqda BakuPlus.az bu gün, 9 dekabr tarixində xəbər verir.
26 dekabrda təqdim olunacaq “Treason” (Xəyanət - red.) serialının treylerində 12 fevral 2007-ci ilə aid Azərbaycanla, Bakı ilə bağlı sənədlər və britaniyalı rəsmilərin paytaxtımızda həmin ildə başına gələnlər barədə məqalə də göstərilib.
Serial Adam Lourens adlı cəsus və onun başına gələnlərdən bəhs edir. Filmdə baş rolları Çarli Koks və Olqa Kurılenko canlandırırlar.