Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.
Nicat özünü tam təqsirli bilib.
09:42 - “Nikosayağı” barədə bu gün qərar veriləcək
Bloger Nicat Şakirliyə bu gün hökm oxunacaq. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Nikosayağı” kimi tanınan blogerə bu gün məhkəmədə hökm oxunacaq.
İclasa blogerin yaxınları, dostları və digər tanınmış şəxslər gəliblər.