Məhkəmənin istintaqı tamamlanıb. Prokuror blogerin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilməsini tələb edib.
Bundan əlavə, Nicat Şakirlinin məhkəmə zalında dərhal həbs edilməsi istənilib.
10:04 - “Nikosayağı”nın növbəti məhkəməsi keçirilir – VİDEO
Tanınmış bloger “Nikosayağı”nın məhkəməsi başlayır. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nicat Şakirlinin məhkəməsi üzrə növbəti iclas keçirilir.
Ötən ilin avqust ayında bloger ağır yol qəzasına düşmüşdü. Nəticədə onun qolu amputasiya olunmuş, dostu isə dünyasını dəyişmişdi.