Paytaxt ərazisində 1 nəfər narkotik alverçisi saxlanılıb. Bu haqda bu gün, 28 oktyabr tarixində AZƏRTAC məlumat yayıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun üzərindən və Nizami rayonunda yaşadığı evdən ümumilikdə 119 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 26 oktyabr tarixində Pirallahı rayonunda və Binəqədi rayonu Biləcəri qəsəbəsində narkotacirlər saxlanılmışdırlar.