Birləşmiş Ştatların tanınmış nəşriyyatlarından olan “New York Times” Bakı metrosunun fotosunu paylaşıb. Nəşriyyat rəsmi İnstagram səhifəsindəki paylaşımda metropolitenin Nizami stansiyasının fotosundan istifadə edib.
Fotonun müəllifi Frank Herfortdur. O, 2014-2020-ci illər ərzində Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan və başqa ölkələrə səfər edib.
Herfort 19 şəhərin Sovet İttifaqı vaxtında inşa edilmiş 770 metro stansiyalarında olub. O, bunu metropolitenlərin fotolarından ibarət arxiv yaratmaq məqsədilə etdiyini bildirib.
Bundan əlavə, paylaşımda fotoqrafın essesində yazdığı xatirələr də yer alıb.