Nizami rayonunda yollar təmir olunacaq. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 450.000 AZN vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.