Novisibirskdən Bakıya birbaşa aviareyslər açılır. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Daşımalar Rusiyanın “S7 Airlines” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Adıçəkilən istiqamət üzrə artıq aviabiletlərin satışına başlanıb. İlk uçuş 7 mart tarixində baş tutacaq.
Uçuşlar martın sonuna qədər həftədə 1 dəfə, 3 aprel tarixindən etibarən isə həftədə 3 dəfə həyata keçiriləcək.
Uçuşlar “Ekonom” sinifdə 174 sərnişini qəbul edə bilən “Airbus A320” təyyarəsi ilə olacaq. Səyahət vaxtı təxminən 4,5 saatdır.