“IrAero” şirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə uçuşların sayını artıracaq. Bu haqda 21 iyul tarixində Report məlumat verib.
Hazırda Novosibirsk-Bakı-Novosibirsk istiqaməti üzrə uçuşlar həftədə bir dəfə həyata keçirilir. Avqust ayından etibarən uçuşların sayı həftədə beş dəfəyədək artırılacaq.
Aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Bir tərəfə biletin qiyməti 17.000 rubldur (təxminən 510 manat).