Azərbaycanda Novruz çərşənbələrinin qeyd olunma tarixləri məlum olub. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az məlumat verir.
Bu ilin son dörd çərşənbəsindən birincisi fevralın 21-nə, sonuncusu isə martın 14-nə təsadüf edəcək.
Fevralın 21-də ilk çərşənbə - “Su çərşənbəsi”, fevralın 28-də “Od çərşənbəsi”, martın 7-də “Yel çərşənbəsi”, martın 14-də isə sonuncu, “Torpaq çərşənbəsi” qeyd olunacaq.
Novruz bayramının özü martın 20-si axşama təsadüf edir.
Bu il Azərbaycana astronomik bahar martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də gələcək. Yaz mövsümünün müddəti 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.