İnteraktiv Elm Muzeyində yanvarın 8-dən elmi eksponatlar sərgilənəcək. Bu haqda iticket.az xəbər verib.
Muzeydə 150-dən çox eksponat var. Ziyarətçilər burada sənaye inqilabının təməlini qoyan buxar mühərrikindən tutmuş, ən müasir ion mühərrikini işlək vəziyyətdə görə bilərlər. Bundan başqa elektromaqnetizmi, sərbəstdüşməni, Arximed qanununu, Tesla babinini, vakuumun təsirini, işığın və səsin xüsusiyyətlərini və bir çox fiziki eksperimentlərlə yaxından tanış ola bilərlər.
Muzeyin yaradıcısı mühəndis-layihəçi Elçin Abbasovdur. Ekskursiya hər şənbə və bazar günləri saat 15:00 və 17:00-da 90 dəqiqəlik təşkil olunacaq. Muzeyə giriş 15 manatdır. Biletləri iticket.az səhifəsindən əldə etmək mümkündür.